
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Ləman Musayeva tərəfindən “Vətən müharibəsi şahid uşaqların gözü ilə…” adlı kitab-albom nəşrə hazırlanır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kitab-albomda I və II Qarabağ müharibəsi dövründə müharibə gedən bölgələrdə yaşamış, müharibənin dəhşətlərini görmüş, I Qarabağ müharibəsi zamanı doğma torpaqlarından didərgin düşərək respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşmış uşaqların xatirələri, məktubları, esseləri, fotoşəkilləri yer alacaq.
Nəşrdə, həmçinin müharibə zamanı şəhid olmuş uşaqlar haqqında məlumat veriləcək. Vətən müharibəsində qazandığımız böyük Zəfərlə bağlı uşaqların təəssüratlarını, sevinclərini ifadə edən mövzular da kitab-albomda öz əksini tapacaq.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









