
ABŞ-ın paytaxtı Vaşinqtonda “Hudson” İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, konfrans ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişə, regional proseslərə həsr olunub. Konfransda ABŞ-ın aparıcı ekspertləri və rəsmi şəxslər iştirak edib.
Açılış nitqi ilə çıxış edən “Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Ağ Evdə avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün təkcə uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhü bərpa etmək üçün deyil, həm də Birləşmiş Ştatlar üçün yeni imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, razılaşma Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqələri yenidən formalaşdıra biləcək fürsətlər doğurur.
Daha sonra Mayk Doranın moderatorluğu və Xəzər Siyasət Mərkəzinin Prezidenti Əfqan Nifti, Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman və “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffinin iştirakı ilə “Ermənistan-Azərbaycan sülhünün regional təsirləri” mövzusunda panel müzakirə baş tutub. Ekspertlər sülh razılaşmasının daha geniş regiona təsirləri, Mərkəzi Asiya ölkələrinin əldə edəcəyi faydalar, regional ölkələrin baş verən proseslərdəki rolu, Türk dünyasının artan nüfuzu, regional layihələrin inkişaf perspektivləri, TRIPP layihəsi barədə müzakirələr aparıblar.
Daha sonra ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns çıxış edərək sülh razılaşmasının Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi vaxtda baş verdiyini deyib. Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutub. Amerika Birləşmiş Ştatları regional sülhə bütün ölkələrin xeyrinə olacaq konkret sərmayələr qoyur.
Senator əlavə edib ki, avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir.
Daha sonra Mayk Doran və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin iştirakı ilə “ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda ikinci panel müzakirə baş tutub. Çıxışçılar Vaşinqtonun Bakıya strateji yanaşmasına diqqət yetirib, təhlükəsizlik, bağlantı və “Orta Dəhliz” təşəbbüsünün inkişafında ABŞ-Azərbaycan münasibətlərinin rolu barədə danışıblar.
17:49
ABŞ-ın paytaxtı Vaşinqtonda “Hudson” İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişə, regional proseslərə həsr olunub. Konfransda ABŞ-ın aparıcı ekspertləri və rəsmi şəxslər iştirak edirlər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









