Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatoluq edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
“Dəyirmi masa” çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib.
Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir.
Tədbir “Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu”, “Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində”, “İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi” mövzularında panellərlə davam edir.


















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









