Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Kitab Sammiti ABŞ Konqres kitabxanası və Misirin İsgəndəriyyə kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Qəyyumlar Şurasının üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin təşəbbüsü ilə Birinci Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammitin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil edilib.
Builki Beynəlxalq Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, onların gələcəyi müzakirə olunacaq.
Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, NGBM-in həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mavriki Respublikasının Prezidenti Əminə Qurib-Fakim, Makedoniya Respublikasının Prezidenti Giorgi İvanov, Xorvatiyanın sabiq prezidenti İvo Josipovic, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent, ABŞ Konqresinin kitabxanasında Afrika və Yaxın Şərq məsələləri üzrə şöbə müdiri Mari Jane Deb, İnternet Arxivinin təsisçisi Brevster Kahle, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcəklər.

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









