Şadam ki, Azərbaycanda növbəti görüşümüz burada – Bakıdakı aeroportda baş tutub. Azərbaycan buradan Ukraynaya növbəti humanitar yardım göndərir. Ukraynaya bu mühüm humanitar yardımın göstərilməsinə görə dost Azərbaycana, xalqınıza dərin minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakıdan humanitar yardımın ölkəsinə yola salınması mərasimində jurnalistlərə müsahibəsində deyib.
“Müharibənin başlamasından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yardım göndərilib. Buraya müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir”, – deyə diplomat qeyd edib.
V.Kanevski Sumqayıt Şəhər İcra Hakimiyyətinin qardaşlaşmış şəhəri olan Çerkassıya yardım göndərməsinə görə təşəkkürünü bildirərək deyib: “Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhərlərinə nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Biz Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun sarsılmaz olduğuna inanırıq”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









