İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın “RPS Energy Ltd.” şirkəti ilə müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, tədqiqatçılar dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir. Tədqiqatın nəticəsi süni intellekt vasitəsilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır. Azərbaycan Minatəmizləmə Agentliyi 18 minatəmizləyən maşın alıb. Həmin minatəmizləyən maşınlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb olunub.
O əlavə edib ki, 2020-ci il noyabrın 10-dan bu il iyunun 23-dək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









