Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin sürətinin saniyədə 18-23 metr olacağı, arabir 25-30 metr, martın 30-da axşam, martın 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.
Martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır. Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı bildirilir.
Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 25-30, bəzi yerlərdə arabir 35 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 8-10° enəcəyi proqnozlaşdırılır. Çaylarda sululuğun artacağı ehtimal edilir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








