
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün bu gün, iyulun 25-də yenidən dənizə çıxıb.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən avqustun 3-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər aparılacaq: “Monitorinqlər zamanı 9 məntəqə üzrə su nümunələri, dib çöküntüləri üzərində tədqiqatlar aparılacaq, nərəcinsli balıqların, Xəzər suitilərinin və digər su bioloji resurslarının ehtiyatları öyrəniləcək və qiymətləndiriləcək, eyni zamanda, quşların miqrasiyasının öyrənilməsi məqsədilə vizual müşahidələr aparılacaq”.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









