
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin genişləndirilməsi və sahibkarlığın stimullaşdırılması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir. Regionda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi məqsədilə Xankəndi şəhərində 4 bank filialı fəaliyyətə başlayıb. Yaxın müddətdə daha bir neçə bank filialının və kredit təşkilatının açılması nəzərdə tutulur.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunu Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov “AccessBank”ın Xankəndi filialının açılış mərasimində deyib.
S.Qəhrəmanov çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə iqtisadi və sosial xidmətlərin şaxələndirilməsi çərçivəsində özəl sığorta şirkətlərinin də fəaliyyətə başladığını qeyd edib. O, atılan addımların regionda dayanıqlı iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, Xankəndi şəhərində artıq “Kapital Bank”, “Accessbank”, “Rabitəbank” və “Beynəlxalq Bank” fəaliyyət göstərir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









