
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin təbii qaza olan tələbatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır. İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Artıq Xankəndi şəhərində 1300 abonent təbii qazla təmin edilib və 15 sənaye obyektinə təbii qaz verilib.
Bundan əlavə, Böyük Qayıdışla əlaqədar əhalinin köçürülməsi nəzərdə tutulan Xocalının Xanyurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









