
İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 40 kvadratmetr sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.