
Azərbaycan Qazaxıstan ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi tviter səhifəsində Qazaxıstan ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə edilən paylaşımda qeyd olunub.
“Bu gün Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Qazaxıstan Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”, – deyə paylaşımda bildirilir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









