Fevralın 24-də Nizami Kino Mərkəzində Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası keçirilir. Filmin ilk nümayişindən sonra ictimai müzakirələr olacaq.
AZƏRTAC xəbər verir ki, filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.
Bundan əvvəl Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli film, “Coğrafiya müəllimi” qısametrajlı filmi ictimaiyyətə təqdim olunub.
“13” adlı bədii-sənədli filmin təqdimatında Xocalı itkinlərinin yaxınları da iştirak edirlər.
Qeyd edək ki, filmdə haqqında bəhs edilən 13 nəfər gənc qətliam günü Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhalinin arasından seçilərək aparılıb və onların taleyindən indiyədək xəbər yoxdur.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









