
Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə evlərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 25 ailə olmaqla 136 nəfər Xocalı sakini doğma yurduna qovuşub. Xocalı şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xocalıya çatan ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri tərəfindən qarşılanıb.
Yeni evlərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xocalıya növbəti köçün həyata keçirilməsi həm tarixi, həm də rəmzi məna daşıyır: “Uzun illər həsrətində olduğumuz Xocalıya geri dönüşün daha bir mərhələsinə şahidlik edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramı işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasını təmin edir. Bu gün Xocalının yenidən dirçəlməsi Azərbaycan dövlətinin gücünün, xalqın iradə və birliyinin göstəricisidir”.
Diqqətə çatdırılıb ki, Xocalıda genişmiqyaslı tikinti-quruculuq işləri davam edir və köç mərhələli şəkildə həyata keçirilir. Artıq Xocalı şəhəri ilə bərabər rayonun bir neçə kəndinə də insanların qayıdışı davam edir.
Ailələr açarları sevinc hissi ilə təhvil alaraq, evlərində məskunlaşıblar.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








