
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Qeyd olunub ki, görülən tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 6 min 360 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 518 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Doğma yurdlarına qayıtmış vətəndaşlardan 294 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 535 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Media nümayəndələri əvvəlcə Xocalı rayonunun Xanyurdu kənd sakini Elbrus Abbasovun təsərrüfatında olublar. O, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməklə qoyunçuluq təsərrüfatını yaradıb.
Sonra jurnalistlər rayonun Ballıca kənd sakini Rasim Əliyevin xidmət sahəsi ilə tanış olublar. O, özünüməşğulluq proqramının dəstəyi ilə avtotəmizləmə xidməti üzrə kiçik biznes sahəsini qurub.
Mediatur çərçivəsində ziyarət edilən digər ünvan isə Xocalı şəhər sakini Gülşən Cavadovanın özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaratdığı arıçılıq təsərrüfatı olub.
Jurnalistlərə bildirilib ki, Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 130 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıb.
Proqram iştirakçıları doğma yurd yerlərində fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz ailə təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









