1992-ci il fevral ayının 17-də erməni quldurları Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndinə soxularaq, yüz on yeddi nəfər azərbaycanlını girov götürmüşlər. Həmin tarixdə erməni yaraqlıları kəndin fermasında üç kişini və bir qadını yandırmışlar. Ermənilər əlli altı nəfər sakini (onlardan 10-12 nəfəri uşaq) güllələyərək quyuya tökmüş və üstünü traktorla torpaqlamışlar. Həmin vaxt ermənilər “KamAZ” maşını ilə kənd sakini Hüseynov Şahmuradın üzərindən keçərək onu qətlə yetirmiş, Qaradağlı kənd orta məktəbində çalışan Mobil müəllimin, 22-23 yaşlı Həsənov Altayın və Hüseynov Xanalının üzərinə dizel yanacağı tökərək diri-diri yandırmışlar.
Qaradağlı kəndinə basqın zamanı Telman Tağıyev adlı soydaşımız da girov götürülən kənd sakinləri ilə birlikdə Xankəndi türməsinə aparılmışdır. Xankəndiyə aparılarkən T.Tağıyev yolda papağının altında gizlətdiyi əl qumbarasını çıxardaraq erməni quldurlarının üzərinə atmış və nəticədə onlardan bir neçəsi məhv olmuşdur. Bundan sonra erməni quldurları T.Tağıyevi və digər kənd sakinlərini güllələyərək onları yaxınlıqdakı silos quyusuna tökmüşlər. Eyni zamanda alınmış məlumata görə, erməni quldurları girov götürdükləri kənd sakinləri olan qadınları və yaşlıları bir maşına, cavanları isə digər maşına mindirmişlər Mənbənin tanışı Şirinov Familət Gəray oğlunun yaxın qohumu Şirinov Şamxal Familət oğlunun ona söylədiklərindən məlum olmuşdur ki, yolda cavanlar olan maşını erməni vəhşiləri amansızcasına avtomat atəşinə tutmuşlar. Həmin atəş nəticəsində onlarla adam qətlə yetirilmiş və həmin ərazilərdə meyitlər maşından yerə tökülmüşdür.
Erməni quldurları qadınlar və yaşlılardan ibarət girovları Xankəndiyə apararkən şəhərə beş km qalmış maşını saxlayıb azərbaycanlılara soyunmaq əmrini vermişlər. Alt paltarında olan qadınlar və yaşlılar qışın sərt soyuğunda ayaqyalın 5 km məsafəni Xankəndiyə piyada getmişlər. İki aya yaxın davam edən girovluq həyatı dövründə Qaradağlı kənd sakinləri Quliyev Əliaslan Nəriman oğlu, Quliyev Kamal Bəylər oğlu, Şirinov Böyükkişi Lələ oğlu, Vəliyev Fazil Cavad oğlu, Hüseynov Şura Hüseynalı oğlu, Nəzərov Şura İbad oğlu, Hüseynov İran Əsəd oğlu, Tağıyev Kamil Sərdar oğlu erməni hərbçilərinin amansız zümlərinə və işgəncələrinə dözməyərək həbsxanada vəfat etmişlər, Ermənilər həbsxanada Qaradağlı kənd sakinlərindən fiziki cəhətdən sağlam olan gəncləri seçərək, onları naməlum istiqamətdə aparmışlar. Onlar barəsində indiyə kimi heç bir xəbər yoxdur.
Girov götürülmüş kənd sakinləri “KamAZ” markalı maşınla Xankəndi şəhərinə aparılarkən erməni quldurları yolda polis leytenantı Abbasov Sərvər, Bayramov Elmar və Zahid adlı şəxslərin başlarını kəsmişlər.
Xankəndində 45 günlük əsirlik dövründə ermənilər Qaradağ kənd sakinləri Quliyev Əliaslan, Quliyev Kamal, Axundov Şura, Tağıyev Bövükkişi, Fazil və Şura adlı şəxslərə işgəncələr verərək qətlə yetirmişlər.
Erməni quldurları polis əməkdaşı, kiçik çavuş Kərimov Əliqismətin başını kəsərək, başsız bədənini erməni ilə dəyişdirmək məqsədilə Ağdama göndərmişlər;
Tevon Tağıyev on altı gün Xankəndi türməsində girov taleyi yaşamışdır. Sonra Ebil Balayanm Xankəndi Pedoqoji İnstitutunda müəllim işləyən 45 yaşlı oğlu Vartan Quliyev Əmiraslanı, Tağıyev Talibi və Əliyev Qasımın oğlanlarından birini Tevon Tağıyev ilə birlikdə Xocavənddəki evlərinin maşın qarajında üç gün saxlayaraq Bakı şəhərində həbsxanada olan atası ilə dəyişdirmək istəmişdir. Bu müddətdə Vartan Balayan Ağdam rayonunda fəaliyyət göstərmiş Azərbaycanın hökumət nümayəndələri ilə atası Ebilin dəyişdirilməsi üçün danışıqlar aparmışdır. Aparılmış danışıqlar zamanı Ağdamda əldə olunmuş razılaşmaya əsasən, Bakı şəhərində saxlanılmış 4 nəfər erməni cinayətkarın müqabilində 14 nəfər gırovun və 13 nəfərin meyitin dəyişdirilməsi nəzərdə tutulurdu.
Bundan sonra Vartan Tevon Tağıyevlə birlikdə olan digər azəbaycanlı girovları Heşan kəndinə gətirərək onları kolxoz binasının gözətçi otağında daha 14 -15 gün saxlamışdır.
Qeyd olunan müddətdə girovlar gündə 3 dəfə gecə və gündüz Qaradağlı kəndinə aparılaraq 13 nəfər meyidin yığışdırılması ilə məşğul olmuşlar. Tevon Tağıyev onların arasında silos quyusunda basdırılmış oğlu Telmanın da meyidini çıxarmağa səy göstərmiş, lakin bu mümkün olmamışdır. Belə ki. üç gün ərzində iki dəfə erməni quldurları Xankəndindən gələrək onları hədələmiş və işi tez qurtarmağı, deyilənlərdən artıq meyit çıxarmamağı tapşırmışlar.
Beləliklə, 1992-ci il martın 30-da mülki geyimdə olan Vartan Ağdamın Mərzili postunda Xankəndi türməsində 50 gün saxlanılmış 14 nəfər Qaradağlı kənd sakinini və qətlə yetirilmiş 13 nəfərin meyitini maşınla Ağdamın Mərzili postuna gətirərək atası Ebil və 3 nəfər erməni qulduruna dəyişdirmişdir.
14 nəfər aşağıdakılardan ibarətdir:
Tağıyev Tevon Habil oğlu, 1925-ci il təvəllüdlü;
Hüseynov Məhəmməd Hüseyn oğlu, 1934-cü il təvəllüdlü;
Abbasov Aydın Mehdi oğlu, 50-60 yaşında;
Hüseynov Atlıxan Fərman oğlu, 1936-cı il təvəllüdlü;
Şirinov Şamxal Familət oğlu, 1968-ci il təvəllüdlü;
Şirinov Elman, 1968-ci il təvəllüdlü;
Əmirxanov Güloğlan Əkbər oğlu, 1953-cü il təvəllüdlü;
Tağıyev Talib İnqilab oğlu, 1964-cü il təvəllüdlü;
Kərimov Qara Hüseyn oğlu, 60 yaşında;
Əliyev Qasımın oğlanları -23 və 25 yaşlarında, hər ikisi evlidir.
Beyləqan rayonunda məskunlaşmışdır:
Quliyev Əmiraslan İmkan oğlu. 1966-cı il təvəllüdlü;
Tağıyev Sərdar Qaçay oğlu, 1940-cı il təvəllüdlü;
Tağıyev Əvəz Qaçay oğlu, 1945-cı il təvəllüdlü;
E Balayana dəyişdirilmiş 13 nəfərin meyitinin 4-ü Qaradağlı kəndinin müxtəlif verlərindən yığışdırılmış, 9 nəfərin meyiti isə kəndin yaxınlığında yerləşən silos quyularından çıxarılmışdır.
Kənddən götürülənlər
Hüseynov Şahmurad Hüseynalı oğlu, 60 yaşında;
Dadaşov Eldar İsa oğlu, 55 yaşında;
Kərimov Qaran adlı kənd sakininin oğlu 20 yaşında, polis əməkdaşı,başı kəsik vəziyyətdə;
Bayramov Rəşid Həşim oğlu 60 yaşında;
Silos quyusundan çıxarılanlar:
Hüseynov Dəmir , 70 yaşında;
Mobil Mürsəl oğlu, 40 yaşında;
Əzizov Atəş Əfqan oğlu, 16 yaşında;
Xəlilov Zahid Əyyub oğlu, 40 yaşında;
Yaqub, 19 yaşında;
2 nəfər XTPD-nin işçiləri, Ağdam rayonu sakinləri.
İcraatda olan təhqiqat işi çərçivəsində keçirilən tədbirlər zamanı şahid bazası ətrafında yoxlanmış materialların təhlili göstərir ki, Xocalı faciəsindən 10 gün əvvəl başlamış Qaradağlı faciəsi Azərbaycan və dünya ictimaiyyətinin nəzərindən kənarda qalmışdır. Belə ki, erməni quldurları 1992-ci il fevralın 17-də Qaradağlı kəndinə hücum edərkən Xocalıdan fərqli olaraq müxtəlif işgəncələrlə 77 nəfərdən çox azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.
“Erməni cinayətləri (sənədlər əsasında). I cild” kitabından (Bakı, “Vətən” – 2004)