FOTOQRAF: SELCAN QURBANOVA
Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Respublika İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsində alıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafik dizayn ixtisası üzrə təhsil alır. Rəssamlığı, fotoqrafiyanı çox sevir.Hal hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda fotoqraf olaraq çalışır.
Abşeron rayonu, Novxanı qəsəbəsi. Məcburi köçkünlərin məskunlaşdığı pansionat. Albomda Xocalıdan didərgin düşmüş insanların dramı əks olunub. Bu insanlar bir vaxtlar öz doğmaları ilə bir torpaqda yaşayıblar. Vaxtı ilə gözəl həyatları olub. Lakin erməni silahlı biləşmələri onları öz evlərindən qovub, kütləvi şəkildə qırıblar. Ən dəhşətlisi isə ailə üzvləri, yaxınları və dostlarının gözləri önündə qətlə yetirilməsidir. Bir sözlə, bu insanların həyatı məhv olub. 70 yaşlı Bircə nənənin də fotoları diqqətinizi çəkəcək. Bircə nənə deyir ki, Qarabağda iki oğlunu şəhid verib və bu faciədən sonra o saçlarını kəsdirmir.






















































Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









