Elmar Mustafazadə 1980-ci il oktyabrın 25-də Bakıda anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Fotoqraflığa 2009-cu ildən başlayıb. 2010-cu ildən etibarən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Tbilisi Open Air Photo Festival (Gürcüstan 2011, 2013, 2014), “Azerbaijan Through The Lens” (London 2012), “Making mothers visible” (Azərbaycan 2012), “Inner city” (Azərbaycan 2012) sərgi və festivallarda iştirak edib. “Liberali”(Gürcüstan), Passaj (Azərbaycan), Baku (Rusiya), “Baku International” magazine (Böyük Britaniya), “World of Azerbaijan” (Türkiyə), “Azerbaijan Through the lens.1000 photo” (Böyük Britaniya) kitab və jurnallarında, həmçinin Thomson Reuters, The New York Times, Yahoo News xəbər agentliklərində fotoları dərc olunub.
1905.az portalı fotoqrafın “Yataq” albomunu təqdim edir. “Yataq” (2012) albomundakı fotolarda 1992-ci ildə Erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Laçın rayonundan olan məcburi köçkünlərin Ağcəbədi rayonunda məskunlaşdıqları yataq əks olunub.
































Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









