Bu gün 18 aprel, Yevlax şəhəri Heydər Əliyev sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasıyasının “Sərsəng harayı” layihəsi çərçivəsində regional toplantı keçirilib.
Regional toplantıda Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar və jurnalistlər arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirin aparıcısı, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov tədbir haqqında ümumi məlumat verdikdən sonra Şamaxının millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanov AVCİYA-nın bu layihəsinin əhəmiyyətini vurğulayaraq, qalib gələn iştirakçıları təbrik edib. Rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi əməkdar rəssam, rəsm müsabiqəsinin münsiflər heyətinin sədri Elşən Hacızadə, jurnalistlər arasında keçirilmiş “Sərsəng harayı” müsabiqəsinin qaliblərini isə Söz Azadlığıını Müdafiə Fondunun sədri, şair Musa Yaqub mükafatlandırıb. Gənc rəssam Orxan Əsədov “Qarabağ həsrəti” əsərinə görə birinci, Əzizə Məmmədli ikinci, Nəzrin Məmmədova isə üçüncü yerin qalibi seçilib. Mükafatlandırma mərasimindən sonra layihənin kordinatoru Samir İsayev çıxış edərək, layihə çərçivəsində görülən işlər barədə məlumat verib.