
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
Bakı şəhəri üzrə:
* Şəhidlər Xiyabanı-“Alov Qüllələri” Kompleksi-“İçərişəhər” metrosu-Qala Qapısı-Azərbaycan Dövlət Kukla teatrı-“Azneft” dairəsi-Bəhram Gur heykəli;
* Q.Musabəyov parkı-Əbdürrəhim bəy Haqverdiyev küçəsi-Hüseyn Cavid prospekti-Hüseyn Cavid parkı-Parlament prospekti-Şəhidlər xiyabanı;
* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi-Səməd Vurğun küçəsi-Zabitlər parkı-Bakı Dövlət Sirki-Heydər Əliyev Sarayı-İ.Nəsimi heykəli-Neftçilər prospekti.
Sumqayıt şəhəri üzrə:
Dənizkənarı Bulvar ərazisi.
Naxçıvan şəhəri üzrə:
Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək.
Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









