HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Xocalı soyqırımı: Beynəlxalq hüquq və sağlam düşüncə üstün gəlir

Justice for khojali

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Biz, eyni zamanda, Xocalı soyqırımına iki fərqli yanaşmanın və münasibətin şahidləriyik. Bu barədə söhbətə keçməzdən əvvəl Azərbaycan tarixinin 24 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirməyi lazım bilirik.

Stokholmda Xocalıya həsr edilən film və kitab təqdimatı dünya mediasının diqqət mərkəzində

Justice for khojali

Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” (“Endless Corridor”) müstəqil sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.

Xocalıdan 10 gün əvvəl

Qaradagli faciesi

1992-ci il fevral ayının 17-də erməni quldurları Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndinə soxularaq, yüz on yeddi nəfər azərbaycanlını girov götürmüşlər. Həmin tarixdə erməni yaraqlıları kəndin fermasında üç kişini və bir qadını yandırmışlar. Ermənilər əlli altı nəfər sakini (onlardan 10-12 nəfəri uşaq) güllələyərək quyuya tökmüş və üstünü traktorla torpaqlamışlar.

İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqının konfransında Xocalı soyqırımına dair qətnamə qəbul edilib

Парламентский Союз стран-членов ОИС

İraqın paytaxtı Bağdadda işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (Pİ) 11-ci konfransında “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı qətnamə yekdilliklə qəbul edilib. Qətnamə iki qurum arasında Xocalı soyqırımının tanıdılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.

MN: Erməni silahlı bölmələri 2015-ci ildə cəbhədə 143 ölü itki verib, düşmənin 11 pilotsuz uçan aparatı vurulub

ru ateskesErmənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.