HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

İrəvan şəhəri və onun tarixi haqqında

İrəvan şəhəri XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi olmuş və indi Ermənistan adlanan respublikanın paytaxtıdır. Bu şəhər Ağrı vadisinin şimal-şərqində Zəngi çayının sahilində yerləşir.


1827-1829-cu illər: böyük köçürülmələrin başlanğıcı

1827-ci ildə Rusiya iki böyük müsəlman imperiyasının — Osmanlı imperiyasının və İranın işğalı ilə ciddi məşğul olmağa başladı. İki qısa müharibədə Rusiya əvvəlcə İran, sonra isə türklər üzərində qələbə çaldı.

1826

“Erməni vilayəti”ndə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır

1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ. Şopen erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən ” Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi”  əsərində verilmişdir.