Köçürülmənin başlanmasına ermənilər tələsikliklə qol çəkirdilər
…Qraf Paskeviçin və Abbas Mirzənin yeni qurultayı üçün yer Türkmənçay təyin olundu.
…Qraf Paskeviçin və Abbas Mirzənin yeni qurultayı üçün yer Türkmənçay təyin olundu.
Yüksək dərəcəli, çox alicənab, tədbirli və xristian əyanları arasında seçilən polkovnik Lazarevə. Məlumunuz olsun ki, Xoyun və Urmiyanın boşaldılması üçün paytaxt şəһəri Tehrandan pul alınmışdır və biz cənab infanteriya generalı ilə (Paskeviçlə) bağladığımız müqaviləyə görə, nəzərdə tuturuq ki, yuxarıda adları çəkilən əyalətlər Allahın mərһəməti ilə tərk ediləcək.

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən çəkinmirdilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi tarixən ermənilərin ərazi iddialarının mərkəzi olubdur. Erməni müəllifləri Dağlıq Qarabağı mifik Böyük Ermənistan dövlətinin tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Onlar bunu onunla əsaslandırırlar ki, güya Dağlıq Qarabağın əhalisinin əksəriyyətini ermənilər təşkil edirlər.
“Zati-alilərindən xahiş edirik ki, cənab İvan Fyodoroviç Paskeviçi barışıq vaxtı İran şəhər və kəndlərində yaşayan ermənilərin Rusiya himayəsi altında sərbəst geri qayıtmalarını nəzərdə tutan maddənin sazişə daxil edilməsinə razı salasınız”.

Milliyyətcə erməni olan A.E. Xan-Aqov yazır: “Cavanşir qəzasının əhalisi başlıca olaraq tatarlardır (türklərdir), ermənilər bu rayona başqa yerlərdən gəlmişlər, İrandan gəlmə ermənilər, yerli Qarabağ ermənilərindən (xristian albanlardan) dilləri, hətta geyimləri ilə də fərqlənirlər. İran erməniləri yerli ermənilərin (albanların) dilini başa düşmürlər. Lakin, gəlmələr tezliklə yerlilərin dilini unutdurdular”. (Xan-Aqov A.E. – “Экономический быт государственных крестъян Джеванщирского уезда Елисаветполъcкого губернии. МИЭБГКЗК. Т.6, Тифлис, 1887г)