1905.az portalının suallarını rəssam Fuad Manafov cavablandırdı.
Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir.
Mənbə: justiceforkhojaly.org
Kərim Cəlal 1944-cü ildə Füzuli şəhərində anadan olmuşdur. 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə Ümumrespublika sərgilərinin iştirakçısı olmuşdur. 1978-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.1978-ci ildə Polşada keçirilən beynəlxalq sərgidə iştirak etmişdir. 1980-cı ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə fərdi sərgisi keçirilmişdir.
Onun işləri ABŞ, Almaniya, İran və Hollandiyada özəl kolleksiyalarda yer almışdır. Hal-hazırda, o, molbert üzərində rəssamlıq edir.
Azərbaycanın Xalq Rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965) Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) oxumuşdur.