Bakı, 31 mart
1918-ci ildə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri qanlı qətliamların – azərbaycanlıların soyqırımının 101 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanlarının və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.
Soyqırımı haqqında şəxsi heyətin iştirakı ilə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









