12-ci ilin 21 fevralında Canik Fayziyevin çəkdiyi “Səkkizincinin avqustu” filmi Rusiya ekranlarına çıxdı. Növbəti 23 fevral bayramı ərəfəsində belə bir film kassa uğuru qazana bilərdi. Ən azı rus silahının növbəti qələbəsi ilə nəticələnmiş 5 günlük Rusiya-Gürcüstan müharibəsindən bəhs etdiyinə görə…
Fayziyevin filmi kassa uğuru qazana bilmədi. 20 milyon dollara başa gəlmiş filmin prokatı xərclənən vəsaitin yalnız yarısını qaytarıb.
O ki, qaldı 8-ci ilin 8-ci ayının 8-ci günündə başlanmış müharibədən sonrakı mərhələdə Abxaziya və Cənubi Osetiyanın payına düşən uğurlara, burada da vəziyyət ürəkaçan deyil.
Bu iki “respublika”nı hələlik yalnız Rusiya, Nikaraqua, Venesuela və Nauru Respublikası (!) tanıyıb.
Hər iki “dövlət”in “iqtisadiyyat”ı Rusiyanın sayəsində mövcuddur. Cari təqvim ilinin əvvəllərində Dmitri Medvedev 2014-cü ildən etibarən 3 il ərzində Moskvanın Abxaziyaya və Cənubi Osetiyaya ümumilikdə 6 milyard rubl ayıracağı ilə bağlı sənədə imza atıb.
Biz sözlə, bu “respublika”lar nə siyasi çəkiyə malik deyillər, nə də iqtisadi. Necə deyərlər, gəlir-filan yoxdur. Olan gəlir də təqribən belə olur. Məsələn, 2013-cü ildə Cənubi Osetiyanın büdcəsində 4,7 milyard rublluq gəlir nəzərdə tutulurmuş. Elə həmin il, Rusiya bu tanınmayan təsərrüfata 4,2 milyard pul xərcləməli olub…
Siyasi və iqtisadi potensialı sıfır həndəvərində vargəl edən bu qondarma respublikalar Rusiyanın nəyinə lazımdır axı? Və yaxud, “bəs yaxşı, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlib ki, əziz qızı, madmazel Gülnazı ona ərə verir?”
Bu suala cavab tapmaq elə də çətin deyil.
İyun ayının sonlarında Cənubi Osetiya “Donetsk Xalq Respublikası”nı tanıyıb. Özü də bu məsələ ilə bağlı qərar “respublika”nın “Təhlükəsizlik Şurası” adlandırılan qurumunda müzakirələrdən sonra verilib.
Görünən budur ki, düz 6 il bundan əvvəl başlanmış 5 günlük müharibədən sonra, cin şüşədən çıxıb. Bu cini yenidən tutub zərərsizləşdirmək və şüşədəki yerinə qaytarmaq vaxt alacaq.
Amma, müvafiq təhlükəsizlik tədbirlərimiz preventiv olaraq həyata keçirilməlidir.
İnanıram ki, elə keçirilir də.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 128-129)
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









