Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə minnətdarlığımızı bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada öz əksini tapıb.
Açıqlamada, həmçinin deyilir: “Belə çətin zamanda bu, ABŞ ilə Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə COVID-19 pandemiyasına qalib gələcəyik!”.
Qeyd edək ki, aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş etdirilib.