ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyanatda Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.
Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı faciəsinə dair imzalanan ilk bəyannamədir.
Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çoxlu sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Həmçinin qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir.
Bəyanatın sonunda qubernator E.Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 26 fevral tarixində Xocalı qətliamının qurbanlarını andıqlarını bildirərək, bu tarixi İndianada “Xocalını Anma Günü” elan etdiyini açıqlayır və bütün İndiana sakinlərini bu günü anmağa çağırır.
Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pence indiki vəzifəyə seçilməzdən əvvəl, 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsində çalışıb.
http://www.azerbaijan-news.az/index.php?mod=2&cat=0&p=3

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









