
Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi Abşeron rayonunda əziz tutulur.
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də rayon ərazisində hər şəhidin adına bir ağac əkilib. Böyük həvəslə bu aksiyaya qoşulan rayon ictimaiyyəti, ümumilikdə, 2783 ədəd ağac əkib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası Bakı–Şamaxı yolunun Abşeron rayonu ərazisində və eləcə də rayonun digər yaşayış məntəqələrinin ərazisində reallaşdırılıb.
Abşeron RİH-nin əməkdaşlarının, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin, habelə bələdiyyə və icra nümayəndəliklərinin üzvlərinin və könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində əsasən Eldar şamı, kiparis, tuya, oliandra və digər həmişəyaşıl ağaclar əkilib.
Ağacəkmə ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına uyğun təşkil olunub.