Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Ağdam Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən həmin ərazidə minaya düşməsi nəticəsində öldüyü müəyyən olunub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.