Dekabrın 9-da Qazax stansiyasından 41 kilometr şimal-şərqdə – Ağstafa rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 18:27-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 2.7-yə bərabər olub.