Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub.
1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də “rəssam-multplikator” üzrə bitirmişdir. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasinda “Animator”, 1970-ci ildən isə Rejissor işləmişdir. O, uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. O, filmlərdə,kinooçerk və kinojurnallarda Animator işləmişdir. O, ilk dəfə 1988-ci ildə Respublikada beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır.
Rəssamın Xocalı mövzularını əhatə edən yaradıcılığı on ili əhatə edir. Faciənin baş verdiyi andan ömrünün sonuna qədər Xocalı mövzusu onun sənət yanğısını ifadə edən bir mövzuya keçirildi. Ölümündən iki il əvvəl soyqırımın 10-cu ildönümündə Xocalı faciəsinə həsr et-diyi 40-a yaxın rəngkarlıq və qrafik əsəri bir sərgi şəkilində ictimaiyyətə təqdim etdi bu,onun həyatının ən unudulmaz anları idi.
Bu yolda – görkəmli sənətkar Nazim Məmmədovun “Xocalı harayı” silsiləsi, bədii salnamə ola bilər. Erməni təcavüzünün ağrılı görüntülərini iç yaşantılarına bələyərək yaddaqalan çoxsaylı rəngkarlıq və qrafika əsərləri yaratmağa nail olmuşdur. Rəssam öz fərdi üslubuna sadiq qalaraq özünəməxsus yolla, bədii ifadə vasitələri ilə Xocalı faciəsinin ən müxtəlif məqamları təsirli bədii lövhələrə çevirə bilmişdir. Bu əsərlərin ən başlıca məziyyəti də onların zahiri və ümumi təsirliliyinin ifşaedici və ittihamedici məna-məzmunla yüklənməsidir. Bunun üçün rəssam faciə ilə bağlı ekranda gördükləri və eşitdiklərini, həm də oxuduqlarını ilkin mənbə kimi qəbul etmişdir.
Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib