
22 yanvar 1892-ci il – Naxçıvanda ziyalı ailəsində dünyaya gəlib. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.
Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü” və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir.
Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.
Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Mənbə: X.Əsədova. “Bəhruz Kəngərli”. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013,
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











