Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 43 ölkəsinə 9,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizidir. 2023-cü ilin iyun ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Car ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 837,7 min ABŞ dolları ilə BƏƏ, 522,2 min ABŞ dolları ilə Almaniya və 444,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









