2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, təmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada əleyhinə, 31 mindən artıq tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Təəssüflər olsun ki, 2020-ci ildən bu günədək mina qurbanlarının sayı 341 nəfərdir. Onlardan 65 nəfəri həlak olub.