Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Yaponiya Hökumətinin Azərbaycanda icra olunan humanitar minatəmizləmə fəaliyyətinə mümkün dəstəyi barədə fikir mübadiləsi aparılıb.