Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, ötən il dekabrın 1-dən dekabrın 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 92 mina və 555 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ay ərzində 419,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.