Azərbaycanda artıq minatəmizləyən maşınlar istehsal olunur. Onlar tank və piyada əleyhinə minaları aşkarlayır. Bu maşınlar hazırda istifadədədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.
Əhalinin maarifləndirilməsi məsələsinin vacibliyinə toxunan Fərhad İsayev bildirib: “İndiyədək ANAMA-nın müvafiq idarəsi tərəfindən 445 min 232 nəfər üçün mina təhlükəsi barədə maarifləndirmə tədbiri keçirilib, 150 mindən çox çap materialı paylanılıb. Ümumi olaraq təhlükəli ərazilərdə 925 xəbərdaredici işarə, nişan quraşdırılıb”.