Bu ayın sonunadək “Qırmızı kitab”ın üçüncü nəşri ictimaiyyətə və aidiyyəti qurumlara təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
“Qırmızı kitab”ın Türkiyədə nəşr olunduğunu bildirən nazir müavini kitabda 460 bitki və göbələk növü və 241 heyvan növünün öz əksini tapdığını diqqətə çatdırıb.