Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.
APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında deyilir. Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.
Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.
http://www.apa.az/dagliq_qarabag/aspa-nin-azerbaycan-ve-ermenistan-uzre-hemmeruzecileri-birge-beyanat-yayiblar-9734.html

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









