Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu Ermənistanın xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə təhrif edilib. Elə təəssürat yarınır ki, sanki Edvard Nalbandyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur. Davamını oxu
All posts by Rəşad Süleymanov
ERMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINA TƏCAVÜZÜNÜN QURBANI OLMUŞ QADINLAR VƏ UŞAQLAR BARƏDƏ ARAYIŞ
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, erməni tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozur, Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə qırılması, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur. Davamını oxu
Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (II hissə)
Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru
Davamı
(əvvəli bu linkdə: http://bit.ly/1QZpiFm) Davamını oxu
İlham Zəkiyev: “Həkimlər valideynlərimə demişdilər ki, idmançı olduğu üçün ürəyi dözür.”
5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günüdür. Bu əlamətdar gün ərəfəsində 6 dəfə Avropa, 2 dəfə dünya çempionu, 2 dəfə Paralimpiya oyunlarının və 1-ci Avropa oyunları çempionu, əməkdar idman ustası İlham Zəkiyevlə görüşüb, müsahibə götürdük.
Davamını oxu
RETROSPEKTİVA- Skripkanı balaca tələbələrinə sevdirən Səriyyə Dadaşova
– Sənət yolunuzu mərhələlərə bölmək lazım gəlsəydi… Davamını oxu
MN: Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasıdır
Azərbaycan Müdafiə NazirliyiErmənistanın müdafiə naziri Seyran Ohanyanın iddialarına cavab verib.
Nazirliyin mətbuat xidmətindənAPA-ya bildirilib ki, Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlülüyünü bir daha sübüt edir: “Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsi ilə həll olunmalı, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır”.
Qeyd edək ki, S. Ohanyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini gördüyünü və bu istiqamətdə addımlar atdığını bildirib.
O, qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin tətbiqinə dair təkliflərin Azərbaycan tərəfindən rədd edildiyini də deyib, bunu rəsmi Bakının cəbhədə gərginliyi artırmaq niyyəti ilə əlaqələndirib.
Bununla belə, o, hərbi əməliyyatların bərpa olunmasına az ehtimal verdiyini də vurğulayıb.