
– Sənət yolunuzu mərhələlərə bölmək lazım gəlsəydi…
– Birinci mərhələ – valideynlərimin istəyi ilə. İkinci mərhələ – şüurlu şəkildə. Üçüncü mərhələ illər boyu öyrəndiklərimi balaca tələbələrimlə bölüşmək, paylaşmaq həvəsi.
BÜTÜN YARADICI İNSANLAR KİMİ, MƏN DƏ SÜLH TƏRƏFDARIYAM
– Skripka aktuallığını itirməyib ki? Ya da belə deyək, bir qədər kölgədə qalmayıb görən?
– Skripka klassik alətdir, klassika isə həmişə aktualdır. Sadəcə dünya daim inkişafdadır, insanlar bu gün daha praktik işlərlə məşğul olurlar və buna məcburdurlar. Amma inkişafın sonu yenə də mədəniyyətə gətirəcək. Mənəvi istirahətə insanların həmişə ehtiyacı olacaq. Skripka isə, bunun üçün ən yaxşı şərait yaradır.
–Qarabağ düyününün çözülməsi və klassik musiqi. Hansısa rabitə varmı?
– Qarabağ düyünün çözülməsi üçün ən gözəl musiqi artıq yazılıb mənim üçün. Üzeyir Hacıbəylinin Koroğlu operasının Uverturası – əsl igidlik rəmzidir. O musiqinin sədaları altında Qarabağda son damla qanıma qədər döyüşə bilərdim. Buna baxmayaraq əlbəttə ki, bütün yaradıcı insanlar kimi, mən də sülh tərəfdarıyam.
GƏLƏCƏKDƏ MUSİQİÇİ KARYERASI QURMAQ İSTƏYƏN TƏLƏBƏLƏRİN SAYI AZALIB BU ARALAR.
– Tələbələrinizin içində Azərbaycanın gələcək Vanessa Meyi varmı?
– Çox istedadlı tələbələrim var, amma gələcəkdə musiqiçi karyerası qurmaq istəyən tələbələrin sayı azalıb bu aralar. Biz də məcbur edə bilmərik təbii ki, bu onların şəxsi seçimidir.
– Və sonda. 1905.az portalına tövsiyyələriniz.
– 1905.az portalına uğurlar arzu edirəm. Əsas professional və savadlı şəkildə insanlara qulluq etməkdir bu sahədə mənim üçün. Bu hörmət qazanmağın tək yoludur məncə. Təşəkkür edirəm diqqətinizə görə.
– Sizə uğurlar arzulayırıq.
1905.az
15 iyul, 2014-cü ildə dərc olunub
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











