Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Assosiasiya həm də 62 DSK 3000 məntəqədə Referendum günü müşahidəni təşkil edəcək. Bunula əlaqədar AVCİYA Seçki Qərargahı regionlarda müşahidəçilərə treniqlərə başlayıb. Şirvan, Hacıqabul, Sabirabad rayonlarından sonra Zaqatala, Balakən və Qax rayonlarında tədbirlər uğurla həyata keçirilib.
Tereniqlərdə AVCİYA Seçki Qərargahının rəhbəri,t.ü.f.d.,dos.Məhərrəm Zülfüqarlı çıxış edərək assosiasiyanın bu vaxta qədər gördüyü işlər, seçkilərin və referendumların ölkə üzrə müşahidəsi sahəsində qazandığı təcrübə barədə tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra referendum günü müşahidəçilərin hüquq və vəzifələrini onlara izah edib. Tədbirlərin sonunda müşahidəçilərin sualları cavablandırılmışdır.
Tədbirlərdə AVCİYA Seçki Qərargahının əməkdaşı Cavid Camalov, AVCİYA-nın regional nümayəndəliklərinin rəhbərləri və rayon koordinatorları iştirak etmişlər.
Növbəti tədbirlər sentyabrın 1-dən başlayaraq Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər və Goranboy rayonlarında keçiriləcək. Daha sonra şimal və cənub regionlarda, Bakı şəhərində tədbirlər davam etdiriləcək.
AVCİYA Mətbuat Xidməti