Təşkilat Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər səviyyəsində davam etdirilməsinə çağırıb
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqıüçün prioritet məsələ olaraq qalır”.
APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının toplantısının yekununda qəbul olunan bəyanatda deyilir.
Sənəddə bildirilir ki, münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir: “Təmas xəttində və Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində təhlükəsizliklə bağlı vəziyyət ciddi narahatlıq predmetidir. Avropa İttifaqı tərəflərə ATƏT-in rəhbərliyi ilə aparılan danışıqlarda iştirak etmək və danışıqlarda öhdəlik nümayiş etdirməklə bağlı çağırışını təkrarlayır. Aİ münaqişənin həlli məqsədilə yaradılmışATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasına dəstəyini ifadə edir. Aİ Ermənistan və Azərbaycan arasında dialoqun prezidentlər səviyyəsində davam etdirilməsinə çağırır və həmsədrlərin təşəbbüsü ilə İsveçrədə ötən il dekabrın 19-da keçirilən görüşü alqışlayır. Bu görüş gələcək addımlarla bağlı fikir mübadiləsi aparmaq üçün vacib imkan yaratdı. Bununla yanaşı, sülh razılaşması əldə edildikdən sonra Aİ sülhyaradıcı fəaliyyətləri dəstəkləməyə, münaqişədən əziyyət çəkən regionların bərpa və reabilitasiyasına yardım etməyə hazır olduğunu bəyan edir”.