Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında aerodans proqramında Azərbaycan komandası qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimlidən ibarət Azərbaycan komandası 18,400 xal yığaraq qızıl medal qazanıb.
Gümüş medalı Rusiya (18 xal), bürünc medalı isə Macarıstan (17,800 xal) komandası əldə edib.
Yarışda 22 ölkədən171 gimnast birincilik uğrunda mübarizə aparır.