![](https://1905.az/wp-content/uploads/2021/08/artilleriya.jpg)
Azərbaycan Ordusunda raket və artilleriya birləşmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqelərini tutur və döyüş atışlarını icra edirlər.