Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6603 yoluxma faktı qeydə alınıb, 6347 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 732 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 min 256 nəfər müalicə olunaraq sağalıb, 8 min 998 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 min 126 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 401, bu günə qədər isə ümumilikdə 6 milyon 352 min 994 test icra olunub.