İyulun 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 483 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 181, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 302 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 357 min 839-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 581min, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 776 min 839 nəfərdir.