
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 340 min 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 56 nəfər müalicə olunaraq sağalıb, 5 min 6 nəfər vəfat edib. 3 min 381 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 684, bu günə qədər isə ümumilikdə 3 milyon 975 min 82 test icra olunub.