Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3310 yoluxma faktı qeydə alınıb, 2972 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 442 min 872 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 383 min 682 nəfər müalicə olunaraq sağalıb, 5842 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 348 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 614, bu günə qədər isə ümumilikdə 4 milyon 551 min 520 test icra olunub.